"Gəncə" NTD-ni üstələdi

9 Noyabr 2025 04:20 Basketbol 465
"Gəncə" NTD-ni üstələdi

Azərbaycan Basketbol Liqasının VI turunda daha bir görüş keçirilib.

Sportinfo.az xəbər verir ki, A qrupunda "Gəncə" NTD-ni qəbul edib.

Gəncə Olimpiya İdman Kompleksində baş tutan görüş meydan sahiblərinin 90:78 hesablı qələbəsi ilə başa çatıb.

Turun daha əvvəl baş tutan matçlarında "Sumqayıt" "Lənkəran"ı (98:94), "Ordu" isə "Naxçıvan"ı (100:76) məğlub edib. Tura noyabrın 9-da yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Fevral 17:30 Çək və bizə göndər!
26 Fevral 04:10 Fransaya göndəriləcək -