"Komandamızın səviyyəsi budur, daha artığına gücümüz çatmır"

04:40 Basketbol 97
"Komandamızın səviyyəsi budur, daha artığına gücümüz çatmır"

"Quba" Azərbaycan Basketbol Liqasının VI turunda "Sərhədçi" ilə matçda bacardığını ortaya qoyub.

Sportinfo.az xəbər verir ki, bunu baş məşqçi Şəhriyar Əsgərov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

"Oyunu gördünüz, nə demək olar? Komanda oynadı, bütün bacarığını ortaya qoydu. 15-20 xal önə çıxıb, üstünlüyü saxlamamaq zəiflikdir. Sonda səhvlər ardıcıl gəldi və oyun əldən çıxdı. Normal başlamışdıq davamını gətirə bilmədik. Səhvlərimizin sayı çox oldu. Komandamızın səviyyəsi budur, daha artığına gücümüz çatmır. Xüsusilə sonuncu periodda çox zəif oynadıq. Oyunda dominantlıq edib sonra uduzmaq... Yorğunluq əlamətidir, ya nədir bilmirəm. Nəticə bizim üçün olduqca ağırdır" - deyə, mütəxəssis bildirib.

Quba Olimpiya İdman Kompleksində baş tutan görüş qonaqların 86:82 hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir
7 Noyabr 08:50 Zubir Mahirə çatacaq?
7 Noyabr 07:50 Pensiyalar artırılacaq?