İtaliya, Niderland və Çin milliləri ölkəmizə gələcək

03:40 Basketbol 100
İtaliya, Niderland və Çin milliləri ölkəmizə gələcək

Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Bakı mərhələsində iştirak edəcək bütün qonaq komandalar bəlli olub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin də qatılacağı turnirə 14 komanda gələcək.

Qonaqlardan 12-si yığma, 2-si klubdur. Niderland, İtaliya, Tailand, Çili, Filippin, Qazaxıstan, Misir, Madaqaskar, Rumıniya, Çin, Avstriya və Latviya milliləri Bakıda meydana çıxacaq.

Çexiyanın “Praqa” və İtaliyanın “Roma” klubları da iştirakçılar arasında yer alıblar.

Ümumilikdə yarışa 16 komanda qatılacaq. Sonuncu iştirakçı ölkəmizi təmsil edəcək klub olacaq. Millimizlə birgə yarışda qüvvəsini sınayacaq bu komanda meydan sahibi kimi “vild-kard”a malikdir.

Bakı mərhələsi mayın 26-27-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti