"Neftçi"nin məşqçisi: “Səhvlərimizi müzakirə etdik və...”

03:50 Basketbol 76
"Neftçi"nin məşqçisi: “Səhvlərimizi müzakirə etdik və...”

"Artıq finaldayıq. "Sabah"la oyuna hazırlaşıb ən yaxşı nəticəni göstərməyə çalışacağıq".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi" basketbol komandasının məşqçisi Daviti Çivçivadze "Abşeron" ilə oyundan sonra mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan Basketbol Liqasının yarımfinalının ikinci oyununda qazanılan 81:72 hesablı qələbə şərh edirəm:

"Öncə komandamı gözəl oyuna və layiqli qələbəyə görə təbrik edirəm. Deyim ki, bizim üçün çox çətin oyun idi. Rəqib komanda hər iki qarşılaşmada öz gücünü göstərdi. Bunun səbəbi isə o idi ki, onlar çox sayda oyun keçirmişdilər. Bizim isə müntəzəm mövsümdən sonra cəmi dörd oyunumuz olmuşdu. Görüşə yavaş və ağır tempdə başladıq. İkinci hissədə səhvlərimizi müzakirə etdik və müəyyən dəyişikliklər etdik. Fasilədən sonra bizim oyunumuz başladı və matçı idarə edən tərəf olduq. Hücumda və müdafiədə ribaundları idarə etdik. Basketbolçularım rəqibin zəif nöqtələrini və öz oyunlarını tapdılar. Belədə hücumu gücləndirdik. İyirmi dörd assist etdik və bu çox yaxşı nəticə idi".

Final seriyasına mayın 2-də start veriləcək. "Neftçi" son çempion "Sabah"la qarşılaşacaq.

Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!