“Sabah” qarşısında “Neftçi”ni görəcək - Final mücadiləsi

03:10 Basketbol 81
“Sabah” qarşısında “Neftçi”ni görəcək - Final mücadiləsi

Kişilər arasında Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsi yekunlaşıb.

Sportinfo.az xəbər verir ki, ikinci oyunlar keçirilib.

Şəkidə eyniadlı komandanın qonağı olan "Sabah" ikinci oyunda da qalib gələrək finala çıxıb.

Bakı İdman Sarayında isə “Abşeron”la “Neftçi” üz-üzə gəlib. Meydan sahibləri fasiləyə üstün yollansalar da, qonaq komanda qələbə qazanaraq ikinci finalçı olub.

Qeyd edək ki, Azərbaycan çempionu “Sabah”la “Neftçi” arasında keçiriləcək oyunlarda müəyyənləşəcək.

“Şəki” – “Sabah” - 72:96 (10:19, 14:31, 22:31, 26:15)
Şəki OİK
Seriyada hesab – 0:2

“Abşeron” – “Neftçi” - 72:81 (15:22, 22:10, 18:27, 17:22)
Bakı İdman Sarayı
Seriyada hesab – 0:1

Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!