Azərbaycanda yarımfinala vəsiqə qazanan sonuncu komanda

25 Aprel 2025 03:10 Basketbol 484
Azərbaycanda yarımfinala vəsiqə qazanan sonuncu komanda

Azərbaycan Basketbol Liqasında yarımfinala vəsiqə qazanan sonuncu komanda bəlli olub.

Sportinfo.az xəbər verir ki, pley-off mərhələsinin üçüncü oyununda "Abşeron" və "Naxçıvan" münasibətlərə aydınlıq gətiriblər.

Bakı İdman Sarayında reallaşan görüşdə 78:73 hesabı ilə qalib gələn "Abşeron" yarımfinala adlayıb.

Bunadək tərəflər bu raundda hərəyə bir qalibiyyət əldə etmişdilər.

Erhan Tokerin rəhbərlik etdiyi kollektiv növbəti mərhələdə "Neftçi" ilə üz-üzə gələcək. Digər yarımfinal cütündə isə "Sabah" və "Şəki" komandaları qarşılaşacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA