"Bir qədər pis başladıq"

23 Aprel 2025 03:20 Basketbol 679
"Bir qədər pis başladıq"

"Bizim üçün çox gözəl bir qələbə oldu. İlk dövrəyə bir qədər pis başladıq.

Yaxşı müdafiə oluna bilmədik. Lakin 2-ci dövrədə yaxşı müdafiə olunduq".

Sportinfo.az xəbər verir ki, bunu "Abşeron" basketbol komandasının baş məşqçisi Erhan Toker "Naxçıvan"la oyundan sonra mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin ikinci oyununda qazanılan 85:79 hesablı qələbəni şərh edib:

"Bu gün İsmayıl Abdullayev və Ömər Yavaşın komandaya çox faydaları oldu. Təbii ki, digər basketbolçularımızın da əməyini unutmamalıyıq.

Qarşıda bu rəqiblə daha bir oyunumuz var. Qələbə qazanaraq yarımfinala adlamaq istəyirik.

Rəqibi də gözəl oyuna görə təbrik edirəm. Çox yaxşı komandadır. Fikrimcə, bu komandalar arasında daha bir oxşar görüş izləyə biləcəyik".

Komandalar arasında keçirilən ilk oyunda "Naxçıvan" 88:83 hesabı ilə qələbə qazanıb. Cütün taleyinə 3-cü qarşılaşmada aydınlıq gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA