"Sabah" rəqibini tanıdı - Pley-offun bütün cütləri

17 Aprel 04:00 Basketbol 322
"Sabah" rəqibini tanıdı - Pley-offun bütün cütləri

Azərbaycan Basketbol Liqasının pley-offunda çıxış edəcək bütün komandaların adlarına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, son çempion "Sabah"ın rəqibi bəlli olub.

Riman Kurtinaytisin komandası pley-in mərhələsində "Sumqayıt"ı mübarizədən kənarlaşdıran "Sərhədçi" ilə münasibətlərə aydınlıq gətirəcək. Bu gün 3-cü görüşdə qələbə qazanan "Abşeron" isə "Naxçvan"la qarşılaşacaq.

Daha əvvəl "Neftçi"nin "Ordu", "Şəki"nin isə "Gəncə" ilə qarşılaşacağı dəqiqləşmişdi.

“Neftçi” - “Ordu”
"Sabah" - “Sərhədçi”
“Abşeron” - "Naxçıvan"
"Şəki" - "Gəncə"

Xəbər Lenti