"Mən həyəcanlanıram"

12 Aprel 2025 03:30 Basketbol 431
"Mən həyəcanlanıram"

"Mövsüm ərzində həm yaxşı, həm də pis oyunlarımız oldu.

Ancaq biz bu oyunlarda püxtələşib, komanda kimi formalaşdıq".

Sportinfo.az xəbər verir ki, bunun “Ordu” basketbol komandasının legioneri Jamour Qreqq deyib.

Amerikalı pley-indəki şanslarını dəyərləndirib:

"Bəzi oyunçular fərdi olaraq inkişaf etdi, özünəinamları artdı. Qarşıda “Quba” ilə çox maraqlı və həyəcanlı bir matç olacaq.

“Quba”ya qarşı oynamaqdan həyəcanlanıram, diqqətli olmalıyıq, çünki onların fərdi olaraq çox yaxşı oyunçuları var.

Ona görə də bütün planlarımızı “Quba” ilə görüşə yönəltməliyik. Pley-offlar həmişə əyləncəlidir, çünki burada oyunçuların nəyə qadir olduğunu tam olaraq görmək şansı əldə edirsən”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA