"Buna imkan vermədik”

3 Aprel 2025 03:40 Basketbol 582
"Buna imkan vermədik”

“Mövsümü yaxşı başa vurmaq və play-inn oyunlarına hazırlaşmaq baxımından vacib qələbə oldu”.

Sportinfo.az xəbər verir ki, bunu “Ordu” klubunun baş məşqçisi Alberto Blanko deyib.

O, Azərbaycan Basketbol Liqasının XX turunda “Quba”ya qalib gəldikləri oyunu şərh edib: “Əslində oyuna yaxşı başlamadıq, ancaq sonradan basketbolçularımız geri dönüş edə bildi. Bunun nəticəsində hesabda 10 xallıq fərq yaratdıq. Fasilədən sonra biz ribaundlarda daha yaxşı təsir bağışladıq və bunun da nəticəsində artıq hesabda 16 xal önə çıxdıq. “Quba” oyunda dönüş yaratmaq istəsə də, buna imkan vermədik. Layiqli qələbə qazandığımıza görə çox sevinirəm”.

Matç “Ordu”nun 97:88 hesablı qələbəsi ilə bitib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA