"Ordu" məğlub oldu

27 Yanvar 2025 02:40 Basketbol 706
"Ordu" məğlub oldu

Azərbaycan Basketbol Liqasında XII tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, sonuncu oyunda "Şəki" "Ordu"nu qəbul edib.

Şəki Olimpiya İdman Kompleksindəki qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 87:74.

Bu nəticədən sonra xallarının sayını 22-yə çatdıran "Şəki" B qrupunda liderdir. 20 xala malik qonaqlar üçüncü pillədə qərarlaşıb.

Turun əvvəlki matçlarında "Abşeron" "Sərhədçi"ni (86:79), "Sabah" "Neftçi"ni (75:65), "Sumqayıt" "Lənkəran"ı (93:90), "Gəncə" "Quba"nı (96:78), NTD isə "Naxçıvan"ı (90:70) məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA