"Həvəsdən düşmədik" - "Lənkəran"ın baş məşqçisi

25 Yanvar 2025 04:50 Basketbol 713
"Həvəsdən düşmədik" - "Lənkəran"ın baş məşqçisi

"Oyunun taleyinə təsir edən faktorların olmasına baxmayaraq, sona qədər mübarizə apardıq".

Sportinfo.az xəbər verir ki, bunu "Lənkəran"ın baş məşqçisi Georgi Kondruseviç Azərbaycan Basketbol Liqasının XII turunda "Sumqayıt"la matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Lənkəran Olimpiya Kompleksində baş tutan B qrupunun "Lənkəran" - "Sumqayıt" qarşılaşması qonaqların 93:90 hesablı qələbəsi ilə yekunlaşıb. Mütəxəssis həvəsdən düşmədiklərini söyləyib:

"Oyunun taleyinə təsir edən faktorların olmasına baxmayaraq, həvəsdən düşmədik və sona qədər mübarizə apardıq.

Buna görə komandama təşəkkür edirəm. Həvəsdən düşmədik və Lənkəranda ilk qələbəni qazanmaq üçün çalışdıq. Azarkeşlərimizə dəstəyə görə təşəkkür edirəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA