"Azərbaycan klubuna keçmək xeyrimə oldu" - Okeanın o tayından gələn

24 Yanvar 2025 03:40 Basketbol 498
"Azərbaycan klubuna keçmək xeyrimə oldu" - Okeanın o tayından gələn

"Bu komandaya keçmək xeyrimə oldu".

Sportinfo.az xəbər verir ki, bunu "Ordu" klubunun heyətinə yeni cəlb etdiyi basketbolçu Marcale Lotts klubun mətbuat xidmətinə açıqlamasında deyib.

ABŞ-dən olan 31 yaşlı oyunçu komandaya uyğunlaşdığını bildirib:

"İspaniyalı baş məşqçi Alberto Blankonun rəhbərliyi altında oynamaq şansını əldən buraxa bilməzdim.

Onun basketbol fəlsəfəsi xoşuma gəlir və hesab edirəm ki, Blankonun taktiki sxemində özümü yaxşı tərəfdən göstərəcəyəm".

Marcale Lotts "Ordu"nun əla heyətə malik olduğunu söyləyib:

"Bu, mənə əlavə motivasiya verir. Fikrimcə, bu komandaya keçməklə yenidən yüksək səviyyədə oynaya biləcəyəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA