"Lənkəran"da forma geyinən amerikalının nə xoşuna gəlir?

22 Dekabr 2024 04:00 Basketbol 791
"Lənkəran"da forma geyinən amerikalının nə xoşuna gəlir?

"Son zamanlar çətin dövr keçiririk, buna görə hədəfimiz hər oyunda qələbə qazanmaqdır".

Sportinfo.az xəbər verir ki, bunu “Lənkəran” klubunun amerikalı basketbolçusu Andre Ballin deyib.

Basketbolçu klubun mətbuat xidmətinə açıqlamasında ötən oyundakı çıxışı haqqında danışıb:

"Sumqayıt"a qalib gəlməli idik. Çünki son zamanlar çətin dövr keçiririk, buna görə hədəfimiz hər oyunda qələbə qazanmaqdır.

Fərdi çıxışımda güclü və zəif tərəflər var, amma əsas odur ki, hər zaman qələbə üçün mübarizə aparıram və bunu edəcəyəm.

Məşqlərdə doğru şeyləri müzakirə edirik. Sadəcə bunu oyunda doğru icra etmək qalır".

O, daha çox istifadə etdiyi "dunklar"la bağlı sualı cavablandırıb:

"Xüsusi olaraq onlar üçün çalışmıram, amma “dunklar”ın oyuna gətirdiyi enerji və həyəcanı çox sevirəm".

Amerikalı oyunçu çempionatın səviyyəsi haqqında da fikirlərini bölüşüb:

"Azərbaycan Basketbol Liqasındakı rəqabəti bəyənirəm. Bu liqa mənə peşəkar karyeramda düzgün yol göstərir və basketbolçu olaraq irəliləməyimdə böyük rol oynayır".

Basketbolçu komandasının təmsil etdiyi Lənkəranda ən çox nəyi bəyənməsi haqqında sualı da cavablandırıb:

"Lənkəran gözəl bir yerdir, insanlar çox səmimi və mehribandır. Həmçinin Azərbaycanda getdiyim bütün yerlər belədir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA