“Bunu edə bildik, istədiyimizi bacardıq, davamı gələcək”

22 Dekabr 2024 03:20 Basketbol 484
“Bunu edə bildik, istədiyimizi bacardıq, davamı gələcək”

"Lənkəran"la matçda müdafiədə etibarlı oynayıb, yaxşı hücumlar qurmağa çalışdıq".

Sportinfo.az xəbər verir ki, bunu "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının VIII turunda "Lənkəran"la matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

Mütəxəssis oyuna ciddi yanaşdıqlarını söyləyib:

"Lənkəran"ın heyətində bəzi çatışmazlıqlar var idi. Onların oyunçuları müəyyən səbəblər dolayısı ilə hamısı yerində deyildi.

Bütün bunlara baxmayaraq, oyuna ciddi yanaşdıq. Çünki ardıcıl iki dəfə uduzmuşduq. Məğlubiyyətlər komandada ruh düşkünlüyü yaratmışdı.

Oyuna yaxşı hazırlaşdıq. Müdafiədə də etibarlı oynayıb, yaxşı hücumlar qurmağa çalışdıq.

Bunu da edə bildik. İstədiyimizi bacardıq. Komandamı təbrik edirəm.

Yəqin ki, uğurlarımızın davamı gələcək. Biz daim analizlər edib, səhvlərimiz üzərində işləyib, daha yaxşı olmağa can atırıq.

Çalışacağıq ki, növbəti turlarda da qələbə qazanaq. Lənkəran səfərindəki qələbə komandada özünəinamı da yüksəldəcək".

Lənkəran Olimpiya İdman Kompleksində baş tutan görüş "Quba" klubunun 89:60 hesablı qələbəsi ilə bitib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 18:10 Çək və bizə göndər!
23 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 04:00 Cəlal oynadı, uduzdular
23 Sentyabr 02:40 "Neftçi"də 3 qız var ki...
23 Sentyabr 01:30 İlin ən yaxşı klubu - PSJ
23 Sentyabr 01:10 “Qızıl top”u o aldı