Azərbaycanda nazirlər ölkə çempionatının oyununu izlədi - FOTOLAR

17 Dekabr 2024 11:20 Basketbol 801
Azərbaycanda nazirlər ölkə çempionatının oyununu izlədi - FOTOLAR

Azərbaycan Basketbol Liqasının VI turuna yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun Qubada keçirilən son qarşılaşmasında yerli komanda "Şəki"ni qəbul edib.

Oyunu təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, millət vəkili Əlibala Məhərrəmzadə, Quba –Xaçmaz Regional Təhsil İdarəsinin rəhbərliyi və kollektivi, eləcə də çoxsaylı ictimaiyyət nümayəndələri və idmansevərlər izləyib.

Görüş “Şəki”nin 90:68 hesablı qələbəsi ilə yekunlaşıb.



Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA