COP29

"Naxçıvan" A qrupunda lider oldu - Ardıcıl 4-cü qələbə

27 Noyabr 2024 03:10 Basketbol 284
"Naxçıvan"  A qrupunda lider oldu - Ardıcıl 4-cü qələbə

Azərbaycan Basketbol Liqasında (ABL) 4-cü turun açılış oyunu baş tutub.

Sportinfo.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən görüşdə "Abşeron" və "Naxçıvan" üz-üzə gəlib.

Oyunun əvvələrində hesabda geri olan "Naxçıvan" klubu sonuncu dövrədə geridönüş etməyi bacarıb və 72-68 hesabı ilə qalib gəlib.

Ardıcıl 4-cü qələbəsini qazanan kollektiv A qrupunda liderliyə yüksəlib.

Dördüncü turun digər oyunları ("Lənkəran" - "Ordu", "Sabah"- NTD, "Quba" - "Sumqayıt", "Sərhədçi"-"Neftçi", "Gəncə" - "Şəki") 29, 30 noyabr və 1 dekabr tarixlərində baş tutacaq.

Xəbər Lenti