Azərbaycan millisindəki karyerasını BİTİRDİ

25 Noyabr 2024 08:30 Basketbol 1 069
Azərbaycan millisindəki karyerasını BİTİRDİ

Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin üzvü Zaur Paşayev yığmadakı karyerasını bitirib.

Sportinfo.az xəbər verir ki, 41 yaşlı basketbolçu son oyununu dünya çempionatının seçmə mərhələsi çərçivəsində İsveçrə ilə matçda keçirib.

Zaur Paşayev hazırda “Quba” komandasında çıxış edir. Qeyd edək ki, Zaur Paşayev karyerası ərzində “NTD-Devon”, “Qala”, “NTD- Tbilisi” (Gürcüstan), “Araz-NTD”, “Kutaisi” (Gürcüstan) və “Cəlilabad” kimi komandaların formasını geyinib.

O, iki dəfə İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO