Azərbaycan klubu Avropa Kubokunda növbəti məğlubiyyətini aldı

7 Noyabr 2024 02:40 Basketbol 645
Azərbaycan klubu Avropa Kubokunda növbəti məğlubiyyətini aldı

"Sabah" basketbol klubu FIBA Avropa Kubokunda növbəti matçını keçirib.

Sportinfo.az xəbər verir ki, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv G qrupunda Yunanıstan təmsilçisi "Marussi" ilə üz-üzə gəlib.

Marussi şəhərindəki "Maroussi Saint Thomas Indoor Hall"da baş tutan qarşılaşma təmsilçimizin 71:82 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

"Sabah" evdə "Marussi"yə 70:82 hesabı ilə məğlub olub. Azərbaycan komandası həmçinin qrupda keçirdiyi digər oyunlarda Belçikanın "Spiru" klubuna evdə 68:78, səfərdə 81:82, İsveç təmsilçisi "Norrçepinq Dolfins"ə isə 70:74 hesabı ilə yenilib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 17:50 Çək və bizə göndər!
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir
7 Noyabr 08:50 Zubir Mahirə çatacaq?
7 Noyabr 07:50 Pensiyalar artırılacaq?