Azərbaycan klubu iki legionerlə razılıq əldə etdi - FOTO

18 Sentyabr 2024 02:40 Basketbol 493
Azərbaycan klubu iki legionerlə razılıq əldə etdi - FOTO

NTD basketbol komandası növbəti transferləri reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, iki ABŞ-lı basketbolçu ilə razılıq əldə olunub.

24 yaşlı Daniel Mudi ilə mövsümün sonuna qədər sözləşmə imzalanıb. 201 santimetr boya malik forvard son olaraq “Montana State University Billings Athletics”in şərəfini qoruyub.

Komanda həmçinin 195 santimetr boyu olan Kolin Qolsonla mövsümün sonuna kimi müqavilə bağlayıb. 22 yaşlı forvardın son klubu “Wayne State University” olub.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi