COP29

"Bəzən oyun sadəcə, alınmır"

18 Aprel 03:00 Basketbol 303
"Bəzən oyun sadəcə, alınmır"

“NTD-İndiqo”nun baş məşqçisi Tahir Baxşıyev “Xəzri”yə 73:78 hesabı ilə məğlub olduqları basketbol üzrə Azərbaycan Kubokunun yarımfinal oyununu şərh edib.

Sportinfo.az xəbər verir ki, mütəxəssis matça uğursuz başladıqlarını bildirib.

T.Baxşıyev rəqibin birinci hissədə çox xal toplamasının həlledici məqamlardan biri olduğunu söyləyib:

“Sonrakı üç hissədə onlara çatmağa çalışdıq. Uşaqlar əllərindən gələni etdilər. Ancaq ilk yarıdakı hesab məğlubiyyətimizə səbəb oldu.

Bu görüşü təhlil edəcəyik. Atışlarımız yaxşı alınmadı. Çox nüanslar var idi. Basketbolda bəzən oyun sadəcə, alınmır.

“Xəzri”nin yerli oyunçuları Səid İsmayılov və Vüqar Məmişov çox yaxşı çıxış etdilər”.

“Xəzri” Azərbaycan Kubokunun finalına yüksəlib. Həlledici qarşılaşma aprelin 20-də keçiriləcək.

Xəbər Lenti