COP29

“Bəzi klublar qələbələrimizin təsadüf olduğunu düşünməyə başlamışdı”

3 Dekabr 2023 02:40 Basketbol 427
“Bəzi klublar qələbələrimizin təsadüf olduğunu düşünməyə başlamışdı”

“Xəzri” basketbol klubunun oyunçusu Səid İsmayılov Azərbaycan Basketbol Liqasının 6-cı turunda “Xırdalan”a 105:84 hesabı ilə qalib gəldikləri matç haqda danışıb.

Sportinfo.az xəbər verir ki, 19 yaşlı basketbolçu qarşılaşmaya istədikləri kimi start verdiklərini bildirib:

“Komanda olaraq hər kəs çox yaxşı mübarizə apardı. Son üç turda yaxşı oyun sərgiləmirdik və bunun da təsiri çox idi.

Bəzi klublar qələbələrimizin təsadüf olduğunu düşünməyə başlamışdı. Bu qələbə ilə çempionatda əbəs yerə lider olmadığımızı göstərdik.

Bu qarşılaşmada hər kəs üzərinə düşəni uğurla yerinə yetirərək qalibiyyətdə böyük pay sahibi oldu.

Bu da kollektivin çıxışına bağlı olan durumdur. Bugünkü 11 xal, 10 asist və 6 ribaund karyeramda bir ilk idi. Buna görə də çox xoşbəxtəm və komanda yoldaşlarıma minnətdarlığımı bildirirəm”.

“Xəzri” 6 oyundan sonra 11 xalla liderdir.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"