Sonuncu finalçı - “Gəncə”

17 May 2023 10:20 Basketbol 369
Sonuncu finalçı - “Gəncə”

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində NTD və “Gəncə” komandaları arasında yarımfinal seriyasının üçüncü oyunu baş tutub.

Sportinfo.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində keçirilən və iki əlavə vaxtın yaşandığı gərgin və prinsipial oyunun sonunda Gəncə basketbolçuları 106:103 hesablı qələbə qazanıblar.

Bu qələbə ilə yarımfinal seriyasını 2:1 hesabı ilə qalib tamamlayan “Gəncə” finala vəsiqə qazanıb. Final seriyasında onların rəqibi “Sabah” kollektivi olacaq.

Ən məhsuldar basketbolçular NTD-də Londel Kinq (23 xal, 12 ribaund), “Gəncə”də Cared Smol (21 xal, 8 ribaund) olublar.

Xəbər Lenti