
Azərbaycan Basketbol Liqasında (ABL) pley-off mərhələsinə start verilib.
Sportinfo.az xəbər verir ki, yarımfinal seriyasının ilk oyununda “Sabah” və “AAAF Xırdalan” qarşılaşıb.
Rəqibini 86:71 hesabı ilə üstələyən “Sabah” seriyada önə keçib – 1:0. İkinci görüş mayın 9-da baş tutacaq.
Pley-off mərhələsində ikinci yarımfinal seriyasının ilk oyunu NTD və “Gəncə” komandaları arasında keçiriləcək. “Sərhədçi” İdman Mərkəzindəki qarşılaşma bu gün saat 19:30-da start götürəcək.