"Azərbaycanı çox sevirəm"

24 Noyabr 2024 04:00 Basketbol 831
"Azərbaycanı çox sevirəm"

“Azərbaycandakı karyeram əladır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın ABŞ-dan olan basketbolçusu Derrik Nyuton klubun rəsmi saytına açıqlamasında deyib.

O, Azərbaycanı çox sevdiyini bildirib:

“Yeməklərinizi çox bəyənirəm. Sumqayıtda özümü rahat hiss edirəm.

Ümumiyyətlə, Azərbaycanı çox sevirəm. Bakı isə tamam başqa aləmdir.

Boş vaxtlarımda televiziya proqramlarını izləyir, restoranlara baş çəkirəm. Bəzən isə “PlayStation” oynayıram”.

Azərbaycan Basketbol Liqasında B qrupunda 3 turdan sonra 3 xal toplayan “Sumqayıt” sonuncu sırada qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti