PFL "İmarət"ə səfər təşkil edəcək? - "Yalnız dövlətin razılığı olandan sonra..."

30 Noyabr 2020 11:40 Azərbaycan Futbolu 465
PFL "İmarət"ə səfər təşkil edəcək? - "Yalnız dövlətin razılığı olandan sonra..."

Bildiyimiz kimi 27 illik fasilədən sonra "Qarabağ" Ağdamda yerləşən doğma "İmarət" stadionunu ziyarət etdi.

Amma bu səfərə azarkeşlərlə bərabər, idman jurnalistləri də aparılmadı. Bu da haqlı narazılıq yaratdı.

Saytımıza verdiyi müsahibdə "Qarabağ"ın direktoru Əmrah Çəlikəl bunu onunlar əlaqələndirdi ki, bu səfər "Qarabağ" yox, dövlət tərəfindən təşkil olunub. Bir sözlə, təşkilatçı tərəf "Qarabağ" yox, dövlət olub.

Bəs görəsən, ölkə daxili futbol yarışlarını keçirən qurum olaraq Peşəkar Futbol Liqası belə bir səfərin həyata keçirilməsini düşünürmü?. Hər halda bu qurum idman mediasında çalışan jurnalistlər üçün bir çox səfərləri yüksək səviyyədə həyata keçirib.

Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev Sportinfo.az-a bunları dedi: "Hazırda bununla bağlı məndə hansısa informasıya yoxdur.

Bizdə oyunlar zamanı səfərlərin təşkili olub. Bir də xaricdəki təlim-məşq toplanışları ilə bağlı səfərlərimiz olub. Sırf oyunlarla bağlı adətən jurnalistlərin görüşləri işıqlandırmasına görə səfərlər təşkil etmişik. İndiki vaxtda idman jurnalistlərinin "İmarət"ə səfərini təşkil etməklə bağlı gündəmdə bir şey yoxdur".

Qurum rəsmisi bu səfərin baş tutması üçün dövlətin razılığını vacib faktor kimi önə çəkib: "Qarşıdakı günlərdə nəsə olsa, məlumat verə bilərik. Hazırda bildiyimiz kimi təhlükəsizlik məsələləri var.

Çox güman ki, yalnız dövlətin razılığı olandan sonra səfər təşkil etmək mümkündür. Dünən Füzulidə tank əlehinə minanın patlaması ilə 4 mülkü vətəndaş dünyasın dəyişib. Bu günə konkret olaraq belə bir plan yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti