"Xəzər Lənkəran"da başa düşdülər ki, mənimlə zarafat eləmək olmaz"

27 Oktyabr 2020 11:34 Azərbaycan Futbolu 658
"Xəzər Lənkəran"da başa düşdülər ki, mənimlə zarafat eləmək olmaz"

10 günlük Moskvaya gedirdik. İnzibatçımız Vüsala dedim ki, mənə qatara bilet alsın".

Sportinfo.az xəbər verir ki, Zaur Ramazanov "Xəzər Lənkəran"da iştirakçısı olduğu maraqlı hadisə barədə danışıb.

Gəlin, onu dinləyək: "Vüsal dediyimi vecinə almadı, hamı kimi mənə də təyyarəyə bilet götürdü. Vüsala "eybi yox, sən ki belə etdin, Moskvaya getməyəcəm" söylədim.

O isə "buna cəsarətin çatmaz. Hamı kimi sən də təyyarədə olacaqsan" deyib, uzaqlaşdı. Həmin gecə saat 12-də hamı kimi bazaya gəldim.

Çantalarımızı inzibatçılara təhvil verib, bir qədər dincəldikdən sonra aeroporta yollanmalıydıq. Gecə saat 2-də heç kimə demədən evə yollanıb telefonları söndürdüm.

Ertəsi yuxudan oyananda gördüm telefona 80 zəng gəlib, 70-i Ağasəlim Mircavadovdandı.

Deməli, komanda təyyarəyə minəndə Ağasəlim müəllim məni görməyincə, Vüsalı qatıb qabağına ki, sən necə inzibatçısan, futbolçunun harda olduğunu bilmirsən. Ondan sonra "Xəzər Lənkəran"da başa düşdülər ki, mənimlə zarafat eləmək olmaz, dediyimi mütləq edirəm".

Xəbər Lenti