
I Divizionda yeni mövsümə oktyabrın ilk həfftəsində start veriləcək.
Bu barədə Sportinfo.az-a Peşəkar Futbol Liqasının (PFL) Texniki İdman şöbəsinin müdiri Elgiz Abbasov bildirib.
Onun sözlərinə görə, hələlik yarış iştirakçılarının sayı dəqiqləşməyib. Bu və digər təşkilati məsələlərə yaxın 1-2 gün ərzində aydınlıq gələcək. Bilinən yalnız odur ki, «Qəbələ»dən sonra «Zirə» və «Səbail»in əvəzedici heyəti çempionda çıxış etməyəcək.
Region Liqasında mübarizə aparan komandaların I Diviziona buraxılmasına gəlincə, E.Abbasov bildirib ki, bugünə kimi onların heç birindən quruma rəsmi müraciət daxil olmayıb.