AFFA transferə vasitəçilik etdi, illik qazancı…

15 Sentyabr 2020 10:52 Azərbaycan Futbolu 1 567
AFFA transferə vasitəçilik etdi, illik qazancı…

Yayın ortasında "Qarabağ"dan ayrılan Araz Abdullayevin klubsuz günləri başa çatmaq üzrədir.

Hazırda azad agent statusu daşıyan yarımmüdafiəçi karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

28 yaşlı futbolçu ölkənin birinci liqa təmsilçisi "Boluspor"la razılığa gəlib. Razılığa əsasən, onunla 1+1 illik müqavilə imzalanacaq. Keçidin alınması üçün AFFA vasitəçilik edib.

Abdullayevin millinin formasını geyinməsi və yeni baş məşqçi Canni De Byazinin onun haqda yaxşı fikirdə olması federasiyanın bu işin baş tutmasına çalışmasına səbəb olub.

Araz "Boluspor"da bir o qədər pul qazanmayacaq. Aşağı liqa təmsilçisinin ona təklif etdiyi illik müqavilə haqqı 100 min dollardan aşağıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var