Azərbaycanlı futbolçu Rusiya klubu ilə müqavilə imzaladı

30 May 2020 10:24 Azərbaycan Futbolu 665
Azərbaycanlı futbolçu  Rusiya klubu ilə müqavilə imzaladı

Azərbaycanlı futbolçu Azər Əliyevin çıxış etdiyi "Ufa" bir neçə futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, mayın 31-də sözləşmələri başa çatan oyunçuların müqavilələri yenilənib.

Azər Əliyevlə yanaşı, Aleksandr Puçko, Boyan Yokiç, Aleksey Nikitin, Aleksandr Suzov və Pavel Alikin mövsümün sonunadək "Ufa"da qalacaq.

Rusiya Premyer Liqasının iyunun 21-də start götürməsinə qərar verilib. Azər Əliyev "Ufa"da 2018-ci ilin avqustundan çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda