
Azərbaycan hökuməti koronavirus pandemiyası səbəbindən çətinliklərlə üzləşmiş peşəkar futbol hakimlərinə birdəfəlik maddi yardım edib.
"Ədalət təmsilçiləri" VÖEN-lə işlədikləri və vergi ödəyicisi olduqları üçün bu dəstəkdən yararlanıblar.
Verginin miqdarından asılı olaraq, Maliyyə Nazirliyi tərəfindən ədalət təmsilçilərinin hər birinə 500-1000 manat arası ödəniş olub.
Azərbaycan Premyer Liqası və I Divizionun oyunları martın 13-də pandemiyaya görə yarımçıq dayandırılıb.
Sportinfo.az-ın məlumatına görə, AFFA da «fit sahibləri»nə yardım əlini uzadıb.
Hansı liqaya təyinat almasından asılı olaraq, hakimlərə müəyyən məbləğ ödənilib. Məsələn, Premyer Liqa və I Diviziona təyinat alanlar ortalama 700-1000 manat civarında irəli düşüb.