Bir neçə gün əvvəl Fərid Yusifli "Turan Tovuz"u "Şəfa"ya dəyişdi.
Yarımmüdafiəçinin klub dəyişməsi gözlənilməz oldu.
Çünki "Neftçi"nin yetirməsinin bölgə təmsilçisi ilə qüvvədə olan 2 illik müqaviləsi vardı.
Əldə etdiyimiz məlumata görə, Fərid paytaxt klubuna gəlməsi üçün jest edib.
O, daha az maaşa Birinci Liqanın son çempionun da oynamağa razılıq verib.
Söhbət təxminən aylıq 2-3 min manat arası güzəştdən gedir.
Gənclər millimizin sabiq kapitanı bunu daha çox meydanda olmaq istəyilə bağlayıb.
Paytaxt klubu da onun jestini cavabsız qoymayıb.
Keçid üçün "Turan"a müəyyən məbləğ ödənilib.
Daha dəqiqi il ərzində hissə-hissə ödəniləcək.
Fərid Yusifli karyerası ərzində “Turan Tovuz”la yanaşı, yetirməsi olduğu “Neftçi”nin formasını geyinib.
O, "Turan Tovuz"da 46, "Neftçi"də isə 38 matçda meydana çıxıb.
XANOĞLAN / SPORTİNFO.AZ

