“Sportinfo TV”də yayımlanan “Sport Xəbər”in növbəti buraxılışı efirə gedib.
Burada izləyicilərin diqqətinə bir neçə maraqlı məlumat çatdırılıb.
Bildirilib ki, "Ferentsvaroş" Nabi Keyta ilə bağlı yekun qərarını verib. Macarıstan nəhəngi qvineyalı ulduzunu "köhlən atlar"a satmaqdan imtina edib.
Premyer Liqamızın gümüş medalçısı 31 yaşlı mərkəz yarımmüdafiəçisi ilə bağlı danışıqlara başlamağa hazır olduğunu elan edib.
Lakin macarlar onlarla müqaviləsi 2027-ci ilin yayınadək qüvvədə olan afrikalını düşərgədə saxlamağı planlaşdırdıqlarını diqqətə çatdırıb.
Qeyd olunub ki, «Şəfa» heyətini gücləndirməkdə davam edir. Qarşısına Premyer Liqada qalmaq vəzifəsi qoyan paytaxt təmsilçisi bu istiqamətdə əməli addımlar atır.
Kristofer Momengi bu yolda «pğ-göylər»a kömək etməlidir. Elitanın köhnə-yeni iştirakçısı niderlandlıya təklif göndərib.
Hazırda 25 yaşlı legionerlə danışıqlar gedir. Yəqin ki, yaxın günlərdə onun keçidi rəsmiləşəcək.
Cinah müdafiəçisi ölkəsinin U-16, U-17, U-18 və U-19 yığmalarının formasını geyinib.
"Araz Naxçıvan" heyətini düzlətmək yolunda növbəti cəhdini etməkdədir.
Növbəti mövsüm iddialılar sırasına qoşulması gözlənilməyən Muxtar Respublika təmsilçisi Ceyhun Nuriyevlə müqavilə bağlamağa hazırlaşır.
"Ağ-qırmızılar" ötən ay "Zirə"dən ayrılan və legioner həyatı yaşamaq arzusu həyata keçməyən yarımmüdafiəçi ilə danışıqları başa çatdırmaq üzrədir.
Klubsuz qalmaq ehtimalını yaxına buraxmaq istəməyən millinin üzvü onlardan gələn təklifi qəbul edib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

