“Qarabağ”la “Zirə” qazana bilmədi, Azərbaycan 26-cı pillədə qərarlaşdı

25 İyul 03:10 Azərbaycan Futbolu 471
“Qarabağ”la “Zirə” qazana bilmədi, Azərbaycan 26-cı pillədə qərarlaşdı

Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb.

Sportinfo.az xəbər verir ki, Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Qarabağ"ın Bakıda ÇSKA ilə qolsuz heç-heçə etməsi ölkə reytinqinə cəmi 0,125 xal qazandırıb.

Bununla yanaşı, Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında "Zirə"nin səfərdə Estoniyanın "Payde" komandasına 0:1 hesabı ilə uduzaması ümumi mövqeyə təsir göstərməyib.

Azərbaycan 20,437 əmsalla hazırda 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki İsrailin 21,500 əmsalı var.

UEFA reytinqində İngiltərə 101,852 əmsalla liderdir.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”