Bir projektora dəyməyən 12 legioner...

18 İyul 23:00 Azərbaycan Futbolu 388
Bir projektora dəyməyən 12 legioner...

"İmişli" yeni mövsüm ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək.

İdman qurğusunda işıqlandırma olmadığı üçün mövsümün ilk matçlarını burada keçirmək mümkün olmayacaq.

Yevlax şəhər stadionu "Karvan-Yevlax"a məxsusdur.

Həmin "Karvan-Yevlax" ötən mövsüm Premyer Liqada çıxış edirdi.

Heyətində də 12 legioner...

Niyə? Nəyə lazım idi?

Rəqabət yaratmaq üçün?

Babat da rəqabət yaratdılar axı.

Qış fasiləsində artıq komandanın elitanı tərk edəcəyi məlum idi.

Əvəzində 12 legionerə xərclənən pullar havaya sovruldu.

12 legionerin oyunu 1 projektor qədər faydalı olmadı.

Amma maksimum 2-3 əcnəbinin puluna 4 projektor qurmaqla işıqlandırma problemini həll etmək olardı.

Bu gün işə yarasın.

Danışanda da oluruq pis adam.

Yorulmadan təkrar edirik, edəcəyik - dövlət dotasiyası birmənalı şəkildə infrastruktura yönləndirilməlidir.

Bu gün bizim əcnəbilərə pul tökən yox, infrastruktur qurmalı, akademiyalar formalaşdırmalı vaxtımızdır.

XANOĞLAN/ SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!