Növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezidenti seçildi

24 İyul 13:40 Azərbaycan Futbolu 1 267
Növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezidenti seçildi

Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Bu gün PFL-in Ümumi Yığıncağı keçirilib.Tədbirdə PFL prezidenti Elxan Səmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL-in idarə heyətinin üzvləri, klub nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Yığıncaqda növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezident seçkilərinə start verilib.

Vahid namizəd olan Elxan Səmədov səsvermənin nəticələrinə əsasən yekdilliklə növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezidenti seçilib.

Sonda PFL-in İdarə Heyətinin yeni tərkibi səsverməyə çıxarılıb və yekdilliklə təsdiq olunub. Növbəti 4 il müddətində PFL-in idarə heyətində aşağıdakı şəxslər təmsil olunacaqlar:

Elxan Səmədov – PFL prezidenti

Məlik Həsənov – İdman işləri üzrə müşavir

Aslan Şahgəldiyev – Vitse-prezident

Zaur Hacı-Məhərrəmov – İcraçı direktor

Elgiz Abbasov – Texniki-idman direktoru

Sənan Abdullayev – Media və marketinq direktoru

Elxan Səmədov 2022-ci ilin iyul ayından PFL-in prezidentidir.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”