Azərbaycan klubu Ronaldonun yolunu gözləyir

Azərbaycan klubu Ronaldonun yolunu gözləyir

"İmişli" Ronaldo Rodrigesin yolunu gözləyir.

Yeni mövsümün startına 1 aydan az vaxt qalsa da braziliyalı hələ də vətənindən qayıtmayıb.

Mərkəz müdafiəçisi bölgə klubunda qalmağa isti yanaşır.

Amma daha yaxşı şərtlərlə.

Bu istiqamətdə danışıqlar davam edir.

Klub 28 yaşlı legionerin geri qayıtması üçün cəhdlərini davam etdirir.

Cənubi amerikalı ötən yaydan "İmişli"də çıxış edir.

O, ötən mövsüm meydana çıxdığı 30 qarşılaşmada 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti