“Sabah” Azərbaycanın mövqeyini möhkəmləndirdi - UEFA reytinqində

22 İyul 10:40 Azərbaycan Futbolu 967
“Sabah” Azərbaycanın mövqeyini möhkəmləndirdi - UEFA reytinqində

Azərbaycan UEFA reytinqində mövqeyini möhkəmləndirib.

Sportinfo.az xəbər verir ki, bu, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Sabah”ın Finlandiyadan “KuPS" üzərində qazandığı qələbə (1:0) sayəsində mümkün olub.

Bununla ölkəmizin hesabına daha 0,250 əmsal əlavə olunub.

Hazırda Azərbaycan əvvəlki kimi 26-cı yerdədir. Ölkəmizin ümumi əmsalı 20,312-yə yüksəlib. 25-ci pillədə qərarlaşan İsrailin 20,750, Azərbaycandan bir pillə geridə olan Slovakiyanın isə 18,750 əmsalı var.

Bu mövsüm Azərbaycan klubları təsnifat mərhələlərində keçirdikləri 7 oyunun hamısında qələbə qazanıblar.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”