Azərbaycanın bölgələrində futbol ab-havası necədir?

27 Fevral 2020 09:14 Azərbaycan Futbolu 760
Azərbaycanın bölgələrində futbol ab-havası necədir?

Region Liqasında növbəti tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Qərb və Şimal-Qərb zonasının lideri "Energetik" səfərdə "Oğuz"a uduzub. "Göyəzən" 103 günlük fasilədən sonra "Şəki"yə ev matçında vacib qələbə qazanıb.

Turnirin ikiqat qalibi "Uğur" Sumqayıtda "Şirvanovka"nın müqavimətini qıra bilməyib. 52 yaşlı Kamil Nurəhmədovun qolu onlara mane olub.

Cənub zonasında qış fasiləsindən sonra ilk dəfə meydana çıxan "TST Astara" Qobustanda "Şıxlar"ı darmadağın edib.

Paytaxt və Mərkəz zonası

"Şirvanovka" (Qusar) - "Uğur" (Sumqayıt) - 1:1

Qollar: Kamil Nurəhmədov, 70 - Ramal Əhmədov, 57

"Qardaşlar" (Bakı) - "Qusar" - 1:11

Qollar: Rauf Əliyev, 44 - Elvin Əlizadə, 10, Ramiz Çovdarov, 27, 86, Orxan Həsənəliyev, 39, 81, Vüsal Buludlu,61, 63, 65, 87, 88, 90+3, Coşqun Süleymanov, 79

"Şahdağ" (Qusar) - "İrəvan" (Bakı) - 8:1

Qollar: İqrar Səmədov, 13, İlqar Hüseynov, 34, 58, 64, İlham Allahverdiyev, 39, 86, vüqar Asəliyev, 69, Firuddin Ağalarov, 71 - Elvin Əliyev, 51

"Şahdağ" (Qusar) - 28 (10), "Uğur" - 26 (10), "Şahdağ" (Quba) - 18 (10), "Şirvanovka" - 16 (10), "Qusar" - 15 (9), "Xudat" - 10 (6), "İrəvan" - 3 (9), "Qardaşlar" - 3 (10)

Qərb və Şimal-Qərb Regionu

"Göyəzən" (Qazax) - "Şəki" - 2:1

Qollar: İlkin Allahverdiyev, 22, 75 - Nicat İmaməliyev, 82

"Oğuz" - "Energetik" (Mingəçevir) - 1:0

Qol: Azər Məmmədov, 63

"Energetik" - 20 (9), "Şəki" - 14 (9), "Qoşqar UGİM-2" - 11 (8), "Göyəzən" - 10 (9), "Oğuz" - 5 (9)

Cənub zonası

"Şıxlar" (Qobustan) - "TST Astara" - 0:6

Qollar: Sergey Markelov, 38, Röyal Nəcəfov, 67, 78, Aydın Qasımov, 70, Məhəmməd Bədəlbəyli, 85, Afin Bağırov, 90+1

"Alyans" - 25 (11), "TST Astara" - 22 (10), "Ümid" - 19 (11), "Neftçala" - 9 (10), "Ərkivan" - 8 (10), "Şıxlar" - 4 (11)

Digər Xəbərlər
Xəbər Lenti