Azərbaycanlı hücumçunun son qiyməti – ayda 1000

25 Fevral 2020 16:00 Azərbaycan Futbolu 1 171
Azərbaycanlı hücumçunun son qiyməti – ayda 1000

Nurlan Novruzovun yeni klubu bugünlərdə müəyyənləşib.

27 yaşlı hücumçu karyerasını Estoniyada davam etdirəcək. O, “Trans Narva” ilə 1 illik müqavilə bağlayıb.

Futbolçumuz bu komandada “7” nömrəli formanı geyəcək. “Bakı”nın yetirməsi karyerası ərzində “Sumqayıt”, “Zirə”, “Səbail” kimi komandalarda çıxış edib.

Türkiyənin “Dersim 62 Spor”, “Şanlıurfa” klublarında da legioner həyatı yaşayan hücumçu son olaraq Moldovada “Dinamo Avto”nun uğurları üçün çalışıb.

Sportinfo.az-ın məlumatına görə, “Trans Narva” 2014/15 mövsümündə 15 qolla “Bakı”nın heyətində Premyer-Liqanın bombardiri olan forvarda 1000 avro maaş ödəyəcək.

Klub Estoniya çempionu olarsa. Yaxud ölkə kubokunu qazanarsa, hər futbolçuya 5000 avro veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”