Azərbaycanda iş adamları futbola nə vaxt pul buraxacaq?

19 Fevral 2020 16:02 Azərbaycan Futbolu 984
Azərbaycanda iş adamları futbola nə vaxt pul buraxacaq?

«Əlbəttə, bu gün futbola sahibkarların marağı həddindən artıq azdır».

Sportinfo.az xəbər verir ki, bu sözlər Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədova məxsusdur.

«Zirə»nin fəxri prezidenti olan iş dünyasının nümayəndəsi «Kiçik və orta biznesdə sahibkarların futbola marağını necə qiymətləndirirsiz» sualını bu cür cavablandırıb:

«Bunun əsas səbəbi stadionlara çox sayda azarkeşlərin gəlməməsi, yerli çempionat oyunlarına marağın olmamasıdır.

Sahibkarların marağı məhz həmin insanlardır. Həmin insanlar yoxdursa, onlar da maraq göstərmir. Çünki onlar öz məhsullarını satmaq istəyir.

İnsanlar olmadıqda, bu məhsullar da satılmır. Məhz AFFA ilə birgə keçirdiyimiz tədbirin mahiyyəti də ondan ibarətdir ki, AVRO-2020 ilə bağlı ölkəmizə çoxlu insan gələcək. Yarış zamanı da sahibkarların məhsullarını satışa çıxarmaq imkanı olacaq.

Hazırda AFFA ilə bu yöndə çalışırıq ki, tək AVRO-2020-də yox, millinin və Azərbaycan Premyer Liqasının oyunlarında azarkeşlər çoxalsın. Belə olduğu halda, biz də sahibkarları bu oyunlar üçün cəlb edə biləcəyik».

Digər Xəbərlər
Xəbər Lenti