Rayonun hər kənd və qəsəbəsində futbol olacaq - GÖSTƏRİŞ

18 Yanvar 2020 17:30 Azərbaycan Futbolu 2 336
Rayonun hər kənd və qəsəbəsində futbol olacaq - GÖSTƏRİŞ

Şəmkirin icra başçısı Alimpaşa Məmmədov futbola dair xüsusi göstəriş verib.

Sportinfo.az-ın məlumatına görə, o, rayonun bütün kənd və qəsəbələrinə yerlərdə futbol meydançalarının salınmasını əmr edib.

Eyni zamanda, məktəb direktorları və bələdiyyə sədrlərinə bu məsələdən irəli gələn təşkilati işləri həyata keçirməyi tapşırıb.

A.Məmmədov İcra Hakimiyyətinin (İH) idmanın bu növünə hərtərəfli dəstək verəcəyini açıqlayıb. Burada çalışacaq məşqçilərin əməkhaqqısı İH tərəfindən ödəniləcək.

Futbola yazılacaq yeniyetmə və gənclərin geyim təminatı, həmçinin inventar yerli idarəetmə orqanı tərəfindən alınacaq.

İcra başçısının göstərişinə əsasən, yanvarın sonu-fevvalın əvvəlində seleksiya xarakterli toplanışlar təşkil olunmalıdır. Seçim 8-15 yaşlı uşaqları əhatə edəcək. Perspektiv vəd edənlər UGİM və "Şəmkir"in nəzdində fəaliyyət göstərən komandalara cəlb ediləcək.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!