AFFA-nın daha bir vitse-prezidenti postunu qorudu

17 Yanvar 2020 20:12 Azərbaycan Futbolu 796
AFFA-nın daha bir vitse-prezidenti postunu qorudu

Yanvarın 28-də AFFA-nın Hesabat-Seçki konfransı olacaq. İclasda AFFA-nın növbədənkənar Konfransında qəbul olunmuş yeni Nizamnaməyə uyğun seçkilər keçiriləcək.

Həmçinin AFFA İcraiyyə Komitəsi üzvlərinin sayı artırılıb. Say 11-dən 13-ə çatdırılacaq. Eyni zamanda I vitse-prezident vəzifəsi ləğv olunub, əvəzində 1-i icraçı vitse olmaqla, vitse-prezident sayı 4-ə yüksəldilib.

Sportinfo.az-ın məlumatına görə, Rauf Əliyevdən sonra daha bir funksionerin yeni tərkibdə yer alacağı dəqiqləşib. 2004-cü ildən vitse-prezident vəzifəsini tutan Elşad Nəsirov səlahiyyətlərini yerinə yetirməyə davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"