
Region Liqasında 5-ci turun oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, cənub zonasının lideri “Alyans” bu dəfə Masallıya səfər edib.
“Ərkivan”la matçda lənkəranlılar heç də özlərini qonaq kimi aparmayıblar. Lider meydan sahiblərinin qapısından 3 cavasız top keçirib. Məğlubiyyəti həzm edə bilməyən “Ərkivan”ın iki oyunçusu – Telman Sağıyev və Hilal Məmmədov hakimə fiziki təzyiq göstərməyə çalışıblar.
Birinci oyunun sonuna 7 dəqiqə qalmış meydandan qovulubsa, Hilal matç başa çatandan sonra cəzalandırılıb. Zonanın digər matçında “Ümid” autsayder “Şıxlar”la qarşılaşıb. Qobustan komandası “doğma divarlar” arasında oynamasına baxmayaraq, bu dəfə də qələbəyə həsrət qalıb. Ancaq onu da vurğulayaq ki, nəhayət, “Şıxlar” bu mövsümdə ilk qolunu vurmağı bacarıb.
Səfərdə qazanılan 3 xal “Ümid”ə ikinci pillədə qərarlaşamağa kömək edib. “Neftçala” - “TST-Astara” görüşündə isə qalib müəyyənləşməyib. Ümumiyyətlə, zonanın ən “sülhsevən” komandaları cari mövsümdə artıq 3-cü heç-heçələrinə imza atıblar.
Ərkivan (Masallı) - Alyans (Lənkəran) 0:3
Neftçala - TST-Astara 1:1
Şıxlar (Qobustan) - Ümid (Cəlilabad) 1:2
1. Alyans 5 4 1 0 16-3 13
2. Ümid 5 2 2 1 12-8 8
3. TST-Astara 4 1 3 0 10-4 6
4. Neftçala 5 1 3 1 8-8 6
5. Ərkivan 5 1 1 3 4-17 4
6. Şıxlar 4 0 0 4 1-11 0
Bombardirlər: Zaur Nuruzadə (Alyans), Hikmət Nağıyev (Ümid), Röyal Nəcəfov (TST-Astara), Kamran Abdullayev (Alyans) – 4.
Mərkəz zonasında cəmi 1 oyun baş tutub.
“Ağsu Siti”nin məcburi istirahət etdiyi turda “Araz” öz meydanında “Şamaxı”ya uduzub. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada qonaqlar qələbə topunu 90-cı dəqiqədə vurub.
“İmişli” – “Mil” qarşılaşması, ötən sayımızda xəbər verdiyimiz kimi, stadion problemi səbəbindən keçirilməyib. Rayonun eyniadlı komandası Heydər Əliyev adına İmişli şəhər arenasına buraxılmadığına görə meydan sahiblərinə texniki məğlubiyyət verilib.
Araz (Saatlı) - Şamaxı 2:3
1. Ağsu Siti 4 3 1 0 18-5 10
2. Şamaxı 4 3 1 0 9-2 10
3. İmişli 3 1 0 2 5-10 3
4. Mil 3 1 0 2 7-15 3
5. Araz 4 0 0 4 9-16 0
Bombardirlər: Aydın Qasımov (Ağsu Siti) – 6, Elmir Səmədzadə ( Ağsu Siti) – 5.
Region Liqasının ən güclü və iddialı klublarının yer aldığı Paytaxt və Şimal zonasında iddialılar məğlubiyyətsiz seriyanı davam etdirirlər. Son iki mövsümün qalibi "Uğur"un "Qusar"la səfər matçı nəzərdə tutulandan 2 gün sonra keçirilib. Bu da "Kapital Bank Arena"da oyun sayının çox olmasından irəli gəlib.
Sumqayıt təmsilçisi qələbə seriyasını davam etdirsə də, ilk dəfə 3 xalı darmadağınla yox, minimalhesablı qələbə ilə əldə edib. Sabir Allahquluyev qələbə topunun müəllifi olub. Vitse-çempion Qusar "Şahdağ"ı isə əsas rəqibindən fərqli darmadağına sevinib.
"Neftçi"nin sabiq hücumçusu İlham Allahverdiyevin poker etdiyi görüşdə Kamran Əlibabayevin çalışdırdığı komanda debütant “Qardaşlar”ın qapısından 12 cavabsız top keçirib. Quba "Şahdağ"ı da böyükhesablı qələbəyə sevinib.
Qubalılar “İrəvan”ı 6 dəfə meydanın mərkəzinə dəvət ediblər. Həmin görüşdə də poker qeydə alınıb. Rəhman Musayev bombardirlərin yarışında Allahverdiyevin uzaqlaşmasına imkan verməyib. “Şirvanov”ka isə “Xudat”ı yenməklə mövsümdə ikinci qələbəsini bayram edib.
Xudat - Şirvanovka 0:2
İrəvan - Şahdağ (Quba) 0:6
Şahdağ (Qusar) – Qardaşlar 12:0
Qusar – Uğur (Sumqayıt) 0:1
1. Şahdağ (Qusar) 5 5 0 0 24-2 15
2. Uğur 5 5 0 0 35-3 15
3. Şahdağ (Quba) 5 4 0 1 15-8 12
4. Qusar 5 2 0 3 21-9 6
5. Şirvanovka 5 2 0 3 8-14 6
6. İrəvan 5 1 0 4 12-19 3
7. Qardaşlar 5 1 0 4 11-52 3
8. Xudat 5 0 0 5 5-22 0
Bombardirlər: İlham Allahverdiyev (Şahdağ (Qusar) – 10, Məhəmməd Aliyev (Uğur) – 9.
Şimal-Qərb və Qərb zonasında mərkəzi qarşılaşma Qazaxda olub və azarkeşlər məhsuldar matç izləyiblər. Yerli "Göyəzən" “Energetik”i qonaq edib.
Meydan sahibləri “nur şəhəri” təmsilçisinin qapısından 5 qol keçirsə də, bu nə heç-heçə, nə də qələbə üçün yetərli olub. Mingəçevirlilər meydan sahiblərini 6 dəfə məyus ediblər. “Şəki”nin istirahət etdiyi turda “Oğuz” öz meydanında “Qoşqar UGİM-2”yə boyun əyib.
Göyəzən (Qazax) – Energetik (Mingəçevir) 5:6
Oğuz - Qoşqar UGİM-2 (Gəncə) 1:3
1. Energetik 4 4 0 0 23-6 12
2. Şəki 4 2 1 1 6-6 7
3. Göyəzən 4 1 2 1 10-9 5
4. Qoşqar UGİM-2 4 1 1 2 5-10 4
5. Oğuz 4 0 0 4 3-16 0
Bombardir: Zamir Cəlilov (Energetik) – 8.