
Azərbaycan Minifutbol Federasiyası (AMF) Birinci Liqanın yaradılması planını ertələyib.
Bu haqda AMF-dən Sportinfo.az-a məlumat verilib.
Bildirilib ki, qurum hazırda əsas diqqətini Yüksək Liqanın yüksək səviyyədə təşkilinə yönəldib:
«İkinci Liqanın keçirilməsi gələcəyin işidir. Gələn il bu məsələyə qayıtmaq olar.
Açığı, Yüksək Liqaya maraq daha böyükdür. Çoxlu sayda komandadan çağırış almışdıq.
Müraciətlərin sayı iyirmini keçmişdi. Biz onlardan 16-sını seçdik.
Baxdıq ki, irəli sürdüyümüz meyarlara hansı cavab verir. Çempionatda rəqabəti artırmaq çox vacibdir».