COP29

“Ölkə rəhbərliyinin futbolla bağlı siyasi iradəsi ortada olmasa…“

11 Noyabr 14:40 Azərbaycan Futbolu 530
“Ölkə rəhbərliyinin futbolla bağlı siyasi iradəsi ortada olmasa…“

“Ölkə rəhbərliyinin futbolla bağlı siyasi iradəsi ortada olmasa, heç bir strategiyanın həyata keçməsi və uğur qazanması mümkün deyil”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında ”Dinamo”nun İdarə Heyətinin sədri Yaşar Seyidov deyib.

Uzun illərdir futbol sektorunda çalışan təcrübəli funksioner ”ölkə futbolunun inkişafı planında yaxın gələcək üçün işığı harada görürsüz - yaxında, yoxsa uzaqda” sualına cavabında aşağıdakıları söyləyib:

”Hazırda AFFA-da yeni Dövlət Proqramının tərtib olunması yönündə ciddi işlər aparılır. Futbol strategiyası ilə bağlı plan hazırlanandan sonra mütləq ölkə rəhbərliyi tərəfindən dəstiq olunmalıdır.

Bu işdə bütün icra və dövlət orqanları yaxından iştirak etməlidir.

İnanıram ki, cənab Prezidentimiz İlham Əliyev bütün sahələrdə olduğu kimi, futbolumuzun inkişafına da xüsusi nəzarət etməklə yüksəlişə böyük töhfə verəcək.

Azərbaycanın son illərdə nə qədər inkişaf etdiyini görürük. Lakin bu cür gözəl, işıqlı, təmiz ölkənin milli komandası reytinq cədvəlində Mozambik, Nikaraqua kimi ölkələrin yığmaları ilə eyni sırada yer alır. Bunu futbol ictimaiyyətinin adına təhqir hesab edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti