Hakim qərarlarından yorulan baş məşqçidən SON ADDIM

12 Noyabr 2024 21:00 Azərbaycan Futbolu 1 058
Hakim qərarlarından yorulan baş məşqçidən SON ADDIM

Son turlar hakim səhvlərindən ən çox əziyyət çəkən klublardan biri "Kəpəz"di.

Əbəs deyil ki, hər mətbuat konfransından sonra bölgə klubunun çalışdırıcısı Azər Bağırov referilərdən şikayət edir.

Vəziyyətin düzəlmədiyini görən mütəxəssis bu dəfə fərqli addım atmaq qərarı verib.

O, çıxış yolunu AFFA Hakimlər Komitəsinin sədri Frank de Blekerinlə görüşməkdə görüb.

Əcnəbi mütəxəssis görüş üçün razılıq verib. Yaxın günlərdə tərəflər üz-üzə gələcək.

Bağırov bu dəfə narazılığını birbaşa belçikalının özünə deyəcək.

Yanlış qərarların açıqlamasını belçikalı mütəxəssisdən şəxsən öyrənməyə çalışacaq.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”