Dünən keçirilmiş avrokubok oyunları UEFA reytinqinə təsir edib.
Sportinfo.az xəbər verir ki, “Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanda “Ludoqorets”ə qalib gələrək, (7:2) 0,250 xal toplayıb.
Azərbaycan beş il ərzində ümumilikdə 18.750 xala malikdir və UEFA reytinq siyahısında 25-ci yerdədir.
İsveç eyni xalla (18,750) öndədir, Kipr (18,475) geridədir. Azərbaycan mövsümə 16 750 ilə başlayıb.