COP29

Azərbaycan millisinin sabiq oyunçuları komanda yaradır

24 Sentyabr 2023 11:30 Azərbaycan Futbolu 2 587
Azərbaycan millisinin sabiq oyunçuları komanda yaradır

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Əfran İsmayılovun yeni komanda yaradacağı ilə bağlı bir müddət əvvəl məlumat vermişdik.

Peşəkar karyerasında "Xəzər Lənkəran", "Qarabağ" və "Bakı" kimi güclü kollektivlərdə çıxış etmiş veteran oyunçumuz bundan sonra özünü minifutbolda sınamaq qərarına gəlib.

Düzdür, İsmayılov bir müddətdir "Zəngəzur"da çıxış edir. O, bu kluba avrokuboklarda kömək etmək məqsədi ilə qoşulmuşdu.

İndi isə öz dostlarını başına yığaraq öz komandasını yaradır.

Artıq kimlərlə yola çıxacağı da məlumdur.

Söhbət Azərbaycan futbolunda iz qoymuş, milli komandamızda və bir çox iddialı komandalarda oynamış adlardan gedir.

Siyahı ilə tanış olun: Rahid Əmirquliyev, Rauf Əliyev, Rahil Məlikov, Vaqif Cavadov, İlqar Qurbanov, Elvin Məmmədov, Cavid Hüseynov, Elhad Nəziri, Mahir Şükürov, Ruslan Abışov.

Klubun adına və baş məşqçinin kimliyinə isə hələ yekun qərar verilməyib.

Yaxın günlərdə bütün məsəllərə nöqtə qoyulacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"