“Atletiko”dakı azərbaycanlılardan Premyer Liqada çıxış edən YEGANƏ FUTBOLÇU

6 Dekabr 2022 17:40 Azərbaycan Futbolu 1 745
“Atletiko”dakı azərbaycanlılardan Premyer Liqada çıxış edən YEGANƏ FUTBOLÇU

2013-cü ildə azərbaycanlı yeniyetmələrin “Atletiko”ya yollanması xatirinizdədir.

Tarixin yaddaşına qovuşmuş “Bakı” ilə İspaniya nəhəngi arasında bağlanmış müqavilənin tərkib hissəsi olaraq ölkə futbolunun gələcəyi sayılan 5 nəfər azərbaycanlı İspaniyaya yollanmışdı.

Təxminən 6 ay “Atletiko”nun düşərgəsində olan 1999 doğumlu uşaqlar orada hazırlıq keçmiş, vətənə qayıtmış və bir daha İspaniyaya səfər edə bilməmişdi.

Səbəb “Bakı”nın başının üzərini alan qara buludlar idi ki, klub prezidenti Hafiz Məmmədovun müflis olması ilə “Atletiko” ilə müqavilə qüvvədən düşmüş, nəticədə həmin futbolçular bir daha Azərbaycandan kənara çıxa bilməmişdi.

Həmin yeniyetmələr kimlər idi?

Asim Abdullazadə, Qəlbinur Adıgözəlov, Rəşid Əliyev, Cavid Bəşirov və Ruslan Süleymanov.

Bəs, həmin uşaqlar indi haradadır?

Adları çəkilən ilk 4 nəfər “Bakı” fəaliyyətini dayandırandan sonra azad agent statusuna sahib olaraq karyerasını başqa klublarda davam etdirmək qərarını verib və çox keçmədən futbolu atıblar. İndi heç biri peşəkar şəkildə top dalınca qaçmır.

Yalnız Ruslan Süleymanov gözə dəyir ki, o da bir müddət futboldan uzaq düşüb başqa sahədə işləyəndən sonra yenidən sevim-seçdiyi sənətə qayıdıb. Hazırda “Kəpəz”in sıralarındadır və cari mövsümdə Premyer Liqada 3 oyuna çıxıb.

Vaxtilə “Atletiko”nun əfsanələrinin Bakıda görüb-bəyəndiyi futbolçuların indi nə işlə məşğul olması haqda məlumat yoxdur.

Ağlamalı mənzərədir, deyilmi?

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!